SİYASƏT
Türkiyənin www.gazetekars.com saytı AzərTAc-ın xəbərini türk dilində yaymışdır
İstanbul, 25 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Türkiyənin Əskişəhər şəhərindəki Anadolu Universitetində fəaliyyət göstərən Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzində görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin qardaş ölkədə ilk nəşrinin təqdimatı olmuşdur.
Türkiyənin www.gazetekars.com saytı Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü ilə “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanmış kitabın təqdimat mərasimi barədə AZƏRTAC-ın xəbərini türk dilində yaymışdır.
Materialla aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.gazetekars.com/cavidin-eserleri-turkiyede-13969h.htm
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul