SİYASƏT


Türkiyənin xarici işlər naziri: Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya göstərdi

Bakı, 27 iyun, AZƏRTAC

Üç qardaş ölkənin əlaqələrinin inkişafı region üçün vacib əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.

Nazir qeyd edib ki, üçtərəfli görüşün əhəmiyyəti olduqca vacibdir. Bu cür görüşlər yeni imkanlar yaradır. Azərbaycan və Türkiyə arasında bütün sahələr inkişaf etdirilir. Azərbaycanla enerji sahəsində imkanları daha da genişləndirmək istəyirik.

"Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm. Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya göstərdi”,- deyə M. Çavuşoğlu qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.