DÜNYA


Türkiyənin xarici işlər naziri Ukraynaya işgüzar səfərə gəlir

Kiyev, 7 oktyabr, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun oktyabrın 7-8-də Ukraynaya işgüzar səfəri olacaq.

AZƏRTAC Ukrayna XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, türkiyəli diplomatın səfəri Ukrayna xarici işlər naziri Dmitry Kulebanın dəvəti ilə Lvovda baş tutacaq.

Səfər çərçivəsində Türkiyə-Ukrayna Birgə Strateji Əməkdaşlıq Qrupunun 9-cu iclası keçiriləcək. Nazirlər, həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri, Qara dəniz regionunda təhlükəsizliyin qorunması məsələləri müzakirə ediləcək.

Bundan başqa nazirlər Türkiyə-Ukrayna Biznes Forumunda iştirak edəcəklər. Mövlud Çavuşoğlu İ.Franko adına Lvov Milli Universitetində təşkil olunan beynəlxalq konfransda çıxış edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.