DÜNYA


Türkiyənin yeni teleradio qülləsi fəaliyyətə başlayıb

İstanbul, 22 sentyabr, AZƏRTAC

Türkiyənin yeni teleradio qülləsi tam fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, İstanbulun ən yüksək yerlərindən biri olan Çamlıca bölgəsində inşa olunan yeni qüllənin fəaliyyətə başlamasının ardından ərazidəki digər qüllələrin söküntü işlərinə başlanılıb.

Bu barədə məlumat verən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu İstanbulun mənzərəsinin pozulmaması məqsədilə Böyük Çamlıcada 25, Kiçik Çamlıcada isə 3 olmaqla, ümumilikdə 28 ötürücünün söküləcəyini bildirib. Nazir yeni ötürücünün fəaliyyətə başlaması ilə ərazinin turizm baxımından da əhəmiyyətli yerə sahib olacağını qeyd edib.

Hündürlüyü 369 metr olan qüllə 10 min kvadratmetr ərazidə inşa olunub. Dəniz səviyyəsindən 587 metr yüksəkdə olan bu ötürücü, eyni zamanda Avropanın ən hündür teleradio qülləsidir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.