DÜNYA


Türkiyəyə aid “Burgazada” korveti Yunan gəmisinin hücumuna məruz qalıb VİDEO

İstanbul, 18 may, AZƏRTAC

Türkiyə Dəniz Qüvvələri tərəfindən beynəlxalq sularda keçirilən “Denizqurdu-2019” təlimlərinə qatılan Türkiyəyə aid “Burgazada” korveti, Yunan hücum gəmisi “Kristalidis”in hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, edilən xəbərdarlıqdan sonra bölgədən ayrılmağa məcbur olan Yunan gəmisinin beynəlxalq qaydalara əməl etmədiyi və naviqasiya təhlükəsizliyini pozduğu kameralarla qeydə alınıb.

Təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, “Burgazada” korvetinə 200 metr məsafədən sahil tərəfdən yaxınlaşan Yunan hücum gəmisi daha sonra korvetin irəliləmə istiqamətində çox yaxın məsafədə manevrlər edib.

Qeyd edək ki, “Denizqurdu-2019” təlimləri Ağdəniz, Ege və Qara dənizdə eyni zamanda keçirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.