İQTİSADİYYAT


Türkmənbaşı şəhərində beynəlxalq nəqliyyat konfransı keçiriləcək

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 28-də Türkmənbaşı şəhərində beynəlxalq nəqliyyat konfransı keçiriləcək.

AZƏRTAC “Türkmənistan bu gün” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, Türkmənistan Prezidenti xüsusi sərəncam imzalayaraq nəqliyyat-kommunikasiya kompleksinin sahəvi nazirlik və idarələrinə, habelə Xarici İşlər Nazirliyinə noyabrın 28-də “Avaza” Milli Turizm Zonasında beynəlxalq nəqliyyat konfransının yüksək təşkilati səviyyədə keçirilməsi barədə tapşırıq verib.

Forumun işində dünyanın bir sıra ölkələrini təmsil edən mütəxəssislərin, o cümlədən nəqliyyat şirkətlərinin, sahəvi nazirlik və idarələrin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etməsi nəzərdə tutulur.

Tədbirdə plenar iclaslar, habelə “Tranzit-nəqliyyat dəhlizlərinin fəaliyyətində dövlətlərarası əməkdaşlığın rolu”, “Tranzit-nəqliyyat dəhlizlərinin inkişafında logistik şirkətlərin əhəmiyyəti”, “İnfrastruktur və nəqliyyat imkanları”, “Multimodal daşımalar və onların dövriyyəsi” seksiyalarının işi planlaşdırılır. Konfrans çərçivəsində sərgi təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.