CƏMİYYƏT


Türkmənistan Azərbaycanla razılaşma çərçivəsində sadələşdirilmiş sistem üzrə viza verir

Aşqabad, 19 fevral, AZƏRTAC

Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin əməkdaşları sadələşdirilmiş sistem üzrə Türkmənbaşı Beynəlxalq Hava Limanında viza verilməsini həyata keçirirlər.

AZƏRTAC xəbər verir ki, 2018-ci ilin noyabr ayında Türkmənistan ilə Azərbaycan arasında beynəlxalq və tranzit daşımaların iki ölkə ərazisindən keçməklə vizaların alınmasının sadələşdirilməsi ilə bağlı saziş imzalanıb. Bu, nəqliyyat-logistika daşımalarının inkişafına, yaxşılaşdırılmasına kömək etmək və yük daşımalarının gələcək həcminə təsir etmək məqsədi daşıyır.

Qısa müddət ərzində vizaların rəsmiləşdirilməsi, yük avtomobilləri və beynəlxalq nəqliyyat sürücüləri üçün viza üzrə ölkədə minimal müddətin artırılması beynəlxalq nəqliyyat sürücülərinin cəlb edilməsinə və tranzit yük daşıyıcılarının artırılmasına kömək edir. Bu da gələcəkdə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək.

Sadələşdirilmiş vizaların verilməsinin nəticəsi olaraq 2019-cu ildə yük avtomobillərinin axını 2018-ci illə müqayisədə 38 faiz artıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.