DÜNYA


Türkmənistan Bitərəflik Gününü qeyd edir

Aşqabad, 12 dekabr, AZƏRTAC

Bu gün Türkmənistan Bitərəflik Gününü qeyd edir.

Bitərəflik Günü Türkmənistanda dövlət səviyyəsində qeyd olunan ikinci bayramdır. Artıq 24 ildir bu bayram ölkədə geniş qeyd edilir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov türkmən xalqını bayram münasibətilə təbrik edib. Ölkənin bütün vilayət və şəhərlərində bayram şənlikləri keçirilir.

Türkmənistan dünyada yeganə dövlətdir ki, onun bitərəflik statusu BMT Baş Məclisinin 1995-ci il 12 dekabr tarixli qətnaməsi ilə bəyənilib və təsdiq edilib. Bu tarixi seçim Türkmənistana öz xarici siyasət strategiyasının əsas məzmununu və istiqamətini müəyyənləşdirməyə, xarici dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmağa imkan verib.

Xatırladaq ki, Türkmənistan Prezidenti Bitərəflik Günü münasibətilə əfv Fərmanı imzalayıb və 528 məhbus azadlığa buraxılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.