YUBİLEY TƏBRİKLƏRİ
Türkmənistan Dövlət İnformasiya Agentliyinin sədri
Bekdurdı Amansarıyev
Hörmətli Aslan Əhməd oğlu!
İcazə verin, Türkmənistan Dövlət İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) bütün əməkdaşlarını Agentliyinizin yaradılmasının 100 illiyi münasibətilə təbrik edim.
İnformasiya sahəsində zəngin təcrübəniz Sizə jurnalist dairələrində hörmət və ehtiram qazandırıb. Sizin Agentliyin səmimi kollektivi yüksək peşəkarlığı sayəsində özünü beynəlxalq informasiya bazarında etibarlı tərəfdaş kimi göstərib.
Bu əlamətdar gündə AZƏRTAC-ın kollektivinə peşəkar fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və nəzərdə tutulan planların reallaşmasını arzu etmək istəyirik. Qoy Sizin komandanızda yaradıcılıq ruhu və yeni zirvələr fəth etmək istəyi hökm sürsün.
Biz bundan sonra da əməkdaşlığımızın səmərəli olacağına ümid edirik və AZƏRTAC-a uğurlu inkişaf, firavanlıq və yaradıcılıq ilhamı arzu edirik.