DÜNYA


Türkmənistan-İran sərhədi iyunun 10-da açılacaq

Aşqabad, 3 iyun, AZƏRTAC

İranla Türkmənistan arasındakı sərhəd, sanitar tibbi qaydalara tam uyğun olarsa, iyunun 10-da açılacaq. İki ölkə arasında nəqliyyat və tranzit yüklərinin dəmir yolu və avtomobil yolu ilə daşınmasının bərpası bu il iyunun 1-ə planlaşdırılırdı.

AZƏRTAC xəbər verir ki, COVID-19 virusunun qarşısının alınması üçün dezinfeksiya tədbirlərinə ehtiyac olduğuna görə, iki ölkə arasında sərhədin açılması iyunun 10-a qədər təxirə salınıb.

Bu barədə iki ölkənin nəqliyyat idarələrinin, səhiyyə, kənd təsərrüfatı, xarici işlər və gömrük xidmətlərinin nümayəndələrinin iştirak etdiyi videokonfrans zamanı ortaq texniki işçi qrupu tərəfindən məlumat verilib.

Qeyd edək ki, Türkmənistan-İran sərhədi İranda koronavirusun yayılması səbəbiylə fevral ayının sonlarında bağlanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.