İQTİSADİYYAT


Türkmənistan “LUKoil” şirkəti ilə Xəzər dənizində karbohidrogen ehtiyatlarının işlənməsini müzakirə edib

Aşqabad, 20 oktyabr, AZƏRTAC

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərovla Xəzər regionunun karbohidrogen ehtiyatlarının işlənməsini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, tərəflər Xəzər regionunun karbohidrogen ehtiyatlarının daha geniş işlənməsinin əhəmiyyətinə diqqət yetirərək əməkdaşlıq mövzusuna toxunublar.

V.Ələkbərov “LUKoil”un Aşqabadla yeni qarşılıqlı əməkdaşlığa tam hazır olduğunu vurğulayıb.

Danışıqlar zamanı neft-qaz sektorunun total transformasiyasına, karbohidrogen ehtiyatlarının istehsalının artırılmasına, xarici investisiyaların cəlb olunmasına diqqət yetirilib. Q.Berdiməhəmmədov və V.Ələkbərov Türkmənistan neftinin xaricə ixrac marşrutlarının genişləndirilməsinin vacibliyi barədə də razılığa gəliblər.

Türkmənistan Prezidenti söhbət əsnasında bu ilin yanvarında Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanmış anlaşma memorandumunu xatırladıb.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.