DÜNYA
Türkmənistan X beynəlxalq qaz konqresində “Qalkınış” yatağının təqdimatı keçirilib
Avaza, 22 may, АZƏRTAC
Xəzərin sahilində yerləşən “Avaza” milli turizm zonasında keçirilən Türkmənistan X beynəlxalq qaz konqresində “Qalkınış” yatağının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, dünyada qaz ehtiyatları baxımından ikinci sırada olan, Türkmənistanın “Qalkınış” iri qaz yatağı Marı vilayətinin Yoloten şəhərindən 25 kilometr cənub-şərqdə yerləşir. Qaz yatağının ehtiyatlarının həcmi beynəlxalq təsnifat sisteminə görə 27 trilyon kubmetrdir.
Gələcəkdə “Qalkınış” yatağından qaz ehtiyatlarını Avropa istiqamətində çatdırılması üçün istifadə olunacağı da nəzərdə tutulur. Bu, Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulmasına imkan verəcək. “Qalkanış” yatağı ölkənin enerji gücü kimi statusunu təsdiqləyib.
Qeyd edək ki, yubiley konqresinin təşkilatçıları “Türkmənqaz” Dövlət Konserni və “Türkmən Forum” şirkətidir. Türkmənistan Rusiya, İran və Qətərdən sonra təbii qaz ehtiyatlarında dünyanın dördüncü ölkəsidir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Avaza