İQTİSADİYYAT


Türkmənistan Xəzər dənizində yeni layihələrin icrasına köklənib

Bakı, 1 oktyabr, AZƏRTAC

Xəzər dənizində yeni layihələrin icra olunması gələcəyə qoyulan investisiyalardır. Bu fikri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nyu-Yorkda, BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı səsləndirib.

AZƏRTAC Türkmənistanın “TDH” informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə lideri bu il avqustun 12-də Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandıqdan sonra Xəzər regionunun nəqliyyat-tranzit və enerji potensialının icrasında yeni imkanlar açıldığını qeyd edib.

Bununla bağlı Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Türkmənistan yeni, kommersiya baxımından əsaslandırılmış, Xəzər dənizində kontinental təhlükəsizliyi möhkəmlətməyə imkan yaradan layihələrin icrasına köklənib və əməkdaşlığa maraq göstərən bütün tərəflərlə bu layihələrin konkret müzakirəsinə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.