Türkmənistan enerji böhranı yaşayan qonşusuna təmənnasız qaz verəcək
AzerTAg.az
04.02.2023 [12:43]

Bakı, 4 fevral, AZƏRTAC
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov enerji böhranı ilə üzləşən Özbəkistana yardım göstərilməsi barədə sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinin sərəncamına əsasən, “Türkmengaz” dövlət konserni Özbəkistana dost və qardaş dəstəyi qismində təmənnasız maye qaz tədarük edəcək.
Dekabr-yanvar aylarında regionda hökm sürən anomal soyuqlar səbəbindən qaz və elektrik enerjisi istehlakının kəskin artması Özbəkistanı enerji qıtlığı yaradıb. Ölkənin bir sıra rayonlarında hətta qazdoldurma stansiyalarının fəaliyyəti dayanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
29.03.2023 [17:51]
29.03.2023 [17:35]
29.03.2023 [16:42]
MULTİMEDİA
29.03.2023 [18:38]
29.03.2023 [18:19]
29.03.2023 [17:30]
29.03.2023 [17:27]
29.03.2023 [19:29]
29.03.2023 [18:34]
29.03.2023 [18:26]
29.03.2023 [18:33]
29.03.2023 [18:32]
29.03.2023 [18:29]
29.03.2023 [18:53]
29.03.2023 [18:47]
29.03.2023 [18:44]
29.03.2023 [18:41]
29.03.2023 [18:58]
29.03.2023 [18:57]
29.03.2023 [18:50]
29.03.2023 [17:44]
28.03.2023 [17:06]
18.03.2023 [16:37]
29.03.2023 [16:45]
29.03.2023 [16:24]
29.03.2023 [17:26]
29.03.2023 [16:49]
29.03.2023 [13:18]
29.03.2023 [18:39]
29.03.2023 [18:21]
Xəbərin mətnində orfoqrafik səhv var