DÜNYA


Türkmənistan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi artıb

Nur-Sultan, 28 iyul, AZƏRTAC

Türkmənistan və Qazaxıstan arasında ticarət dövriyyəsi artıb. 2021-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 49 faiz çox olub.

AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, Türkmənistanın Qazaxıstana ixracatı göstərilən müddətdə 80,3 faiz artıb.

Türkmənistandan qonşu ölkəyə əsasən pomidor və soğan daxil olmaqla digər kənd təsərrüfatı məhsulları, tekstil, polietilen, sürtgü yağları, neft və qaz məhsulları ixrac olunub.

Qazaxıstanın qeyd edilən dövrdə Orta Asiya ölkələri ilə ticarət dövriyyəsi ümumilikdə 34,7 faiz artaraq 2,3 milyard ABŞ dolları təşkil edib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.