DÜNYA
Türkmənistan istehsal etdiyi azot gübrələrinin ixracına başlayıb
Aşqabad, 17 oktyabr, AZƏRTAC
Türkmənistanın Balkan vilayətinin Qaraboğaz şəhərində sentyabrın 8-də istismara verilən "Qaraboğazkarbamid" zavodu azot gübrələrinin ilk ixrac partiyasını yola salıb.
Xarici istehlakçılara çatdırılacaq mineral gübrələrdən ibarət yük maşınları Türkmənbaşı Beynəlxalq Dəniz Limanına yola düşüb. "Qaraboğazkarbamid" zavodu sutkada 3,5 min ton, illik istehsal gücü 1 milyon 155 min ton azot və sutkada 2 ton ammiak istehsal edir.
AZƏRTAC Türkmənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında "Turkmənkimiya" şirkətlər qrupu tərəfindən mineral gübrələrin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 845,9 min ton təşkil edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]