İQTİSADİYYAT


“Türkmənistan neft və qaz-2019” konfransında TAPİ layihəsi müzakirə olunacaq

Aşqabad, 17 sentyabr, AZƏRTAC

Aşqabadda “Türkmənistan neft və qaz -2019” 24-cü Beynəlxalq Konfransı keçiriləcək.

“Türkmennebit” Dövlət Konsernin təşkilatçılığı ilə oktyabrın 22-23-də təşkil ediləcək tədbirdə iştirak etmək istəyən yerli sahibkarlar üçün 50 faiz endirimlər təyin edilib.

AZƏRTAC xəbər verir ki, "Türkmənistan neft və qaz" beynəlxalq konfransı hər il keçirilir. Konfransda 500-ə yaxın nümayəndənin, Türkmənistanın dövlət qurumlarının və aparıcı neft-qaz şirkətlərinin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Konfransda iki gün ərzində iştirakçılar yanacaq-enerji sektorundakı qlobal tendensiyaların inkişafına toxunacaq, panel iclaslarında təcrübə mübadiləsi aparılacaq və iştirakçılara hazırda Türkmənistanın neft-qaz sektorunda həyata keçirilən əsas layihələrin vəziyyəti barədə məlumat veriləcək.

Konfransda Türkmənistanın Xəzər şelfindəki investisiya layihələri, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) boru kəməri, neft və qaz emalı üçün innovativ texnologiyalar və digər mövzulara toxunulacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.