DÜNYA


Türkmənistan prezidenti korrupsiya ilə mübarizəni gücləndirməyi tapşırıb

Bakı, 6 may, AZƏRTAC

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov korrupsiya ilə mübarizəni gücləndirmək məqsədilə güc qurumlarının rəhbərlərinə milli qanunvericiliyə əlavə və dəyişikliklər etməyi tapşırıb.

AZƏRTAC Türkmənistanın Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bundan sonra korrupsionerlərin müsadirə ediləcək qanunsuz gəlirləri sosial obyektlərin tikintisinə yönəldiləcək.

Respublika başçısının tapşırığı Dövlət Təhlükəsizlik Şurasının güc qurumlarının dörd aylıq fəaliyyətinin yekunlarına həsr olunan iclasında səsləndirilib. Buna Baş prokurorun Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyində müəyyən edilən bir sıra korrupsiya sxemləri barədə məruzəsi səbəb olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.