CƏMİYYƏT
Türkmənistan saytı Azərbaycanın koronavirusdan zərər çəkən ölkələrə dəstəyindən yazır
Aşqabad, 5 aprel, AZƏRTAC
Türkmənistanın “Orient.tm” saytında Azərbaycanın koronavirus epidemiyasından zərər çəkən ölkələrə verdiyi dəstəkdən bəhs edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın paytaxtı Bakının rəmzlərindən sayılan Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiyanın təqdim edildiyi bildirilib.
Qeyd olunub ki, Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad