İQTİSADİYYAT


Türkmənistan şirkətləri İƏT-ə üzv ölkələrlə dəyəri 35 milyon dollardan çox olan sənədlər imzalayıb

Aşqabad, 29 noyabr, AZƏRTAC

Türkmənistan şirkətləri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri ilə ixrac-idxal əməliyyatları üzrə ümumilikdə 35 milyon ABŞ dollarından çox ikitərəfli sənədlər imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədlər İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Sammiti çərçivəsində üzv ölkələrin biznes forumunda imzalanıb.

"Qazaxıstan-Türkmənistan-İran" dəmir yolu dəhlizindən istifadə olunması ilə bağlı qarşılıqlı anlaşma memorandumu, bundan başqa Türkmənistanın neft-qaz kompleksinin müvafiq strukturları ilə İƏT-in iştirakçısı olan ölkələrin şirkətlərinin nümayəndələri arasında ümumi dəyəri 11 milyon ABŞ dollarından çox olan ikitərəfli sənədlər imzalanıb.

Türkmənistan şirkətləri şirniyyat məhsullarının Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistana ixracı üçün müqavilələr imzalayıblar. İdxal müqavilələri arasında Türkmənistanda mebel istehsalı üçün Türkiyədən avadanlıq tədarükü, Qazaxıstandan taxıl tədarükü və digər sənədlər imzalanıb.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.