DÜNYA


Türkmənistan üç ayda elektrik enerjisi ixracını iki dəfədən çox artırıb

Aşqabad, 28 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Türkmənistan elektrik enerjisi ixracını keçən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkmənistanın Dövlət Statistika Komitəsindən bildirilib.

Koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq ticarətdə yaranan məhdudiyyətlər Türkmənistanda elektrik enerjisi tədarükünə təsir göstərməyib. İxracı artıran amillərdən biri də bu ilin yanvar ayında 500 kW gərginlikli Kərki-Şiberqan istiqamətində Türkmənistan-Əfqanıstan elektrik ötürücü xəttinin işə salınması olub.

Türkmənistan Enerji Nazirliyi bu ilin birinci rübündə daxili istehlak üçün elektrik enerjisi istehsalını 6 faiz, xarici bazar üçün isə 12,9 faiz artırıb.

Statistik göstəricilər qorunub saxlanılmaqla Energetika Nazirliyi mühüm investisiya layihələrinin həyata keçirilməsi üzərində işləyir. Bunlar Türkmənistan-Əfqanıstan-Pakistan elektrik ötürücü xətti, ölkənin Axhal-Balkan-Daşoğuz halqalı elektrik enerjisi sistemi, həmçinin Lebap bölgəsinin Çarçev bölgəsində 432 MVt gücündə qaz turbinli elektrik stansiyasıdır.

Adıçəkilən layihələrin reallaşdırılması türkmən elektroenergetikasının inkişafında ciddi irəliləyişə səbəb olacaq ki, bu da həm Türkmənistan, həm də bütün Asiyanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə yardım edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.