DÜNYA


Türkmənistan və Qazaxıstan nəqliyyat-tranzit dəhlizlərinin fəallaşdırılmasını planlaşdırır

Nur-Sultan, 15 oktyabr, AZƏRTAC

Türkmənistan və Qazaxıstanın dəmir yolları idarələri tranzit dəhlizlərinin fəallaşdırılmasını planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Türkmənistan Dəmir Yolları" və "Qazaxıstan Milli Dəmir Yolu Şirkəti" arasında keçirilən görüşdə dövlətlərarası və regional əhəmiyyətli nəqliyyat və tranzit dəhlizlərinin aktivləşdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər mövcud hökumətlərarası razılaşmaların təşviqi, həmçinin tranzit və nəqliyyat sektorunda əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Avropa ilə Asiya arasında mühüm əlaqə kimi Türkmənistan-Qazaxıstan-İran transmilli dəhlizinin, habelə "Şimal-Cənub" dəmir yolunun fəaliyyəti məsələlərinə xüsusi diqqət yetirilib.

Tərəflər beynəlxalq tranzit dəhlizlərinin tutumundan səmərəli istifadə etmək, dəmir yolu konteyner daşımalarının həcminin artırılması və onların coğrafi sərhədlərinin genişləndirilməsi məqsədilə qiymət siyasətini müzakirə ediblər.

Müxtəlif istiqamətlər üzrə sabit yükdaşımaları təmin edən logistika sahəsində sıx əlaqələrin qurulmasının vacibliyi qeyd olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.