İQTİSADİYYAT


Türkmənistan və Rumıniya Qara dəniz–Xəzər dənizi tranzit nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdırlar

Bakı, 4 dekabr, AZƏRTAC

Türkmənistan və Rumıniya Qara dəniz–Xəzər dənizi tranzit nəqliyyat dəhlizinin yaradılmasına xüsusi maraq göstərirlər.

AZƏRTAC Türkmənistan Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, bu məsələ ilə bağlı Buxarestdə iki ölkənin xarici siyasət idarələrinin müavinləri səviyyəsində məsləhətləşmələr aparılıb. Görüşdə siyasi-diplomatik, parlamentlərarası, ticarət-iqtisadi, nəqliyyat, energetika və humanitar-mədəni sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Tərəflər ticarət-iqtisadi əməkdaşlıq məsələləri, həmçinin Qara dəniz–Xəzər dənizi tranzit nəqliyyat dəhlizinin yaradılması üzrə layihəyə xüsusi maraq göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.