DÜNYA


Türkmənistan yeni nəqliyyat dəhlizinin üzvü ola bilər

Aşqabad, 18 may, AZƏRTAC

Türkmənistan yeni dəmir yolu dəhlizinin inkişafında iştirak edir. Yeni dəmir yolu marşrutunun yaradılması Özbəkistan, Qırğızıstan, Türkmənistan və İranın müvafiq idarə və diplomatik nümayəndəliklərinin rəhbərləri tərəfindən aparılan danışıqlar zamanı müzakirə edilib.

AZƏRTAC yerli KİV-lərə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi nəticəsində İranın Bəndər-Abbas limanı vasitəsilə konteyner daşımalarının təşkili planlaşdırılır. Yeni logistika sxeminin tətbiqi Çin, Hindistan və Cənub-Şərqi Asiyadan daşınma müddətini 45 gündən 21 günə qədər sürətləndirəcək.

Qeyd edək ki, Türkmənistan beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir.

Xatırladaq ki, 2014-cü ildə Çin-Qazaxıstan-Türkmənistan-İran marşrutu ilə açılan dəmir yolu xətti vasitəsilə Çindən malların sürətli nəqli təmin olunur.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.