DÜNYA


Türkmənistan yenidən Rusiyaya təbii qaz nəqlinə başlayıb

Bakı, 16 aprel, AZƏRTAC

Türkmənistan yenidən Rusiyaya təbii qaz nəqlinə başlayıb.

AZƏRTAC “Orient.tm”ə istinadla xəbər verir ki, Türkmənistan 3 il fasilədən sonra yenidən Rusiyaya təbii qaz nəqlinə başlayıb.

“Gazprom”un sözçüsü Sergey Kupriyanov Türkmənistandan yenidən qaz almağa başladıqlarını təsdiqləyib.

Həm Türkmənistan tərəfinin, həm də “Gazprom”un şərhlərində qaz nəqlinin həcmi və qiyməti barədə açıqlama verilməyib.

Qeyd edək ki, Rusiya 2010-cu ilədək Türkmənistan təbii qazının yeganə alıcısı idi. 2010-cu ildən sonra Türkmənistan qazı Çinə ixrac edilməyə başlanmışdı. Rusiyaya qaz nəqli isə 2016-cı ildə tamamilə dayanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.