CƏMİYYƏT


Türkmənistanda Aral dənizi ilə bağlı yeni proqrama start verilir

Bakı, 23 oktyabr, AZƏRTAC

Türkmənistan Aral dənizi ilə bağlı yeni milli proqram qəbul edib. AZƏRTAC “ORIENT”ə istinadla xəbər verir ki, həmin proqram Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən hökumətin iclasında təsdiq edilib.

Proqram 2025-ci ilə qədər nəzərdə tutulub. Onunla birlikdə qəbul edilmiş fəaliyyət planı növbəti bir neçə il ərzində proqram xarakterli vəzifələrin həlli üçün konkret tədbirləri əhatə edir.

Proqramın əsas məqsədi iqlim dəyişikliyi şəraitində ətraf mühitin qorunması, Aral dənizinin Türkmənistan zonasında sosial-iqtisadi və ekoloji vəziyyətin yaxşılaşdırılması və Aral dənizi böhranının mənfi təsirinin azaldılmasıdır. Sənəd, həmçinin BMT Baş Assambleyasının Birləşmiş Millətlər Təşkilatı ilə Aralı Xilasetmə Beynəlxalq Fondu arasında əməkdaşlığa dair qətnaməsinin müddəalarına əsaslanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.