DÜNYA


Türkmənistanda Beynəlxalq Turizm Sərgisi keçiriləcək

Aşqabad, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 9-10-da Türkmənistanın Avaza Milli Turizm Zonasında Beynəlxalq Turizm və Səyahət Sərgi və Konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sərgi və konfransda xarici turizm şirkətlərinin, eləcə də beynəlxalq turizm agentliklərinin, otel biznesində ixtisaslaşan müəssisələrin nümayəndələri, iş adamları, alimlər və mütəxəssislər iştirak edəcəklər.

Konfransda “Turizmdə təhsilin və yeniliklərin rolu”, “Türkmənistanda ekoloji turizmin əsas istiqamətləri” və s. mövzularda panel iclasları keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.