SİYASƏT
Türkmənistanda Diplomatiya Günü qeyd edilmişdir
Aşqabad, 19 fevral (AZƏRTAC).Türkmənistanda Diplomatiya Günü qeyd edilmişdir.
Fevralın 18-də Türkmənistanda diplomatiya işçilərinin bayramı qeyd olunur. Ölkə başçısı diplomatları peşə bayramı münasibətilə təbrik etmişdir.
Diplomatiya günü münasibətilə keçirilən konfransda Türkmənistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Artıq beş ildir ki, fevralın 18-i diplomatlar tərəfindən rəsmi bayram kimi qeyd olunur. Türkmən xarici siyasət idarəsinin təşkil etdiyi konfransda Türkmənistanda akkreditə olunmuş səfirliklər tərəfindən təmsil etdikləri ölkənin mətbəxinin ləziz nümunələrindən ibarət sərgi təşkil olunmuşdur.
Azərbaycanın Türkmənistandakı səfirliyi də milli yeməklərimizdən ibarət süfrə açmışlar.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad