DÜNYA


Türkmənistanda beynəlxalq mediaforum keçiriləcək

Aşqabad, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Türkmənistanda beynəlxalq mediaforum keçiriləcək.

AZƏRTAC xəbər verir ki, forum Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25 illiyi münasibətilə təşkil olunacaq.

Mediaforum aparıcı siyasətçilərin, eləcə də Türkmənistanda akkreditə olunmuş xarici KİV rəhbərləri və nümayəndələrinin iştirak ilə onlayn formatda keçiriləcək.

Xatırladaq ki, Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25 illiyi münasibətilə dekabrın 11-12-də Aşqabadda “Neytrallıq siyasəti və beynəlxalq sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsinin əhəmiyyəti” adlı beynəlxalq konfrans keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.