DÜNYA


Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub

Aşqabad, 26 sentyabr, AZƏRTAC

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2019-cu il yanvarın 1-dən etibarən elektrik enerjisinin, qazın, suyun və duzun əhaliyə pulsuz verilməyəcəyi barədə qərar qəbul edib.

Türkmənistanda əhalinin elektrik enerjisindən, qazdan və sudan pulsuz istifadə etməsi haqqında qərar 1992-ci il dekabrın 1-də qəbul olunmuşdu. Bir qədər sonra bu siyahıya məişət duzu da daxil edilmişdi.

Qərara əsasən, elektrik enerjisi, qaz və su respublikada limit çərçivəsində pulsuz verilirdi. Limitdən artıq istifadəyə görə ödənişlər də çox ucuz idi və simvolik sayılırdı.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.