DÜNYA


Türkmənistanda elektron hökumət konsepsiyası hazırlanır

Bakı, 7 yanvar, AZƏRTAC

2019-2025-ci illərdə Türkmənistanda Rəqəmsal İqtisadiyyatın İnkişafı Konsepsiyasının həyata keçirilməsi çərçivəsində elektron hökumət sisteminin işlənib hazırlanması nəzərdə tutulur. AZƏRTAC “Türkmənistan bu gün” Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadla bildirir ki, Prezident Qurbanqulu Berdiməhəmmədov bu barədə hökumətin iclasında baş nazirin nəqliyyat və kommunikasiyalar üzrə müavini Məmmədxan Çakıyevə göstəriş verib.

İnformasiya texnologiyalarının intensiv inkişafı dövründə Türkmənistanda vətəndaşlarla hakimiyyət orqanlarının və dövlət xidmətlərinin qarşılıqlı fəaliyyətini sadələşdirəcək kompleks sistem yaradılır. Son illərdə Türkmənistanda uğurla tətbiq edilmiş müxtəlif platformalar gələcəkdə ümummilli şəbəkə şəklində birləşdirilə bilər. Bu şəbəkə vətəndaşlara elektron xidmətlər təqdim olunarkən rəqəmsal texnologiyaları tətbiq etməyə imkan verəcək.

Elektron hökumətin yaradılması sayəsində dövlət orqanları ilə vətəndaşların qarşılıqlı fəaliyyəti yeni səviyyəyə çatacaq. Elektron sənəd dövriyyəsi ilə yanaşı seçki prosesləri rəqəmsal formata keçiriləcək, elektron hesabat sistemi, habelə bir sıra elektron hüquqi xidmətlər tətbiq ediləcək. Nəticədə dövlət idarəçiliyinin səmərəsi artacaq, bu işlərə çəkilən xərclər azalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.