CƏMİYYƏT


Türkmənistanda keçirilən videobrifinqdə AZƏRTAC da təmsil olunub

Aşqabad, 23 may, AZƏRTAC

Türkmənistanda səhiyyə sahəsində beynəlxalq təşəbbüslərin reallaşdırılmasına həsr olunmuş videobrifinq keçirilib.

Pandemiya dövründə səhiyyə sahəsində qarşıda duran vəzifələrin Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq yerinə yetirilməsi məsələlərinin müzakirə olunduğu videobrifinqdə AZƏRTAC-ı agentliyin Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin müdiri Süleyman İbrahimov təmsil edib.

Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov əhalinin sağlamlığının qorunması sahəsində ölkəsinin və bu sahədə sanballı baza yaratmış digər dövlətlərin təcrübəsindən danışıb.

Videobrifinqdə çıxış edənlər səhiyyə sisteminin maddi-texniki bazasının təkmilləşdirilməsi, bu istiqamətdə milli səviyyələrdə fəal işin aparılması, yeni müalicə ocaqlarının yaradılması məsələlərindən, həmçinin virusa qarşı beynəlxalq mübarizə tədbirlərindən danışıblar.

Tədbirdə səhiyyə sahəsində beynəlxalq elmi əməkdaşlığın yeni formalarının inkişaf etdirilməsi, tibb elminin nailiyyətlərinin mübadiləsi barədə təkliflər səsləndirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.