DÜNYA


Türkmənistanda yeni şəhər salınacaq

Aşqabad, 11 aprel, AZƏRTAC

Türkmənistanın Göktəpə rayonunun ərazisində yeni bir şəhərin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov təməlqoyma mərasimində iştirak edib. Şəhərin inzibati mərkəzinin Ahal vilayəti olacağı bildirilib.

Yeni salınacaq şəhərin tikintisi iki mərhələdən ibarət olacaq. Tikinti işləri Türkmənistanın şəhərsalma təcrübəsindən istifadə edilməklə yerli şirkətlər tərəfindən aparılacaq. 70 mindən çox insanın yaşayacağı şəhərdə 400-dən çox kottec və çoxmərtəbəli yaşayış binaları, 320 yerlik 10 uşaq bağçası, 720 yer üçün 19 orta məktəb, peşə məktəbləri, incəsənət məktəbləri, mədəniyyət və səhiyyə müəssisələri tikiləcək.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.