CƏMİYYƏT
Türkmənistanın Azərbaycandakı səfirliyində parlament seçkiləri ilə bağlı səsvermə keçiriləcək
Bakı, 21 mart, AZƏRTAC
Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəmizdə yaşayan Türkmənistan vətəndaşlarını martın 25-də Türkmənistan Məclisi deputatlarının altıncı çağırışının, vilayətlərin, etrapların (rayon) və şəhərlərin Halk Maslahatı (Xalq Məşvərəti) üzvlərinin dördüncü çağırışının, Qenqeşlərin (Şuraların) səkkizinci çağırışının seçkilərində iştiraka dəvət edir.
AZƏRTAC xəbər verir ki, səsvermə saat 07:00-dan 19:00-dək Türkmənistanın Azərbaycandakı səfirliyində 1 nömrəli seçki məntəqəsində (Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 85/266) keçiriləcək.
Səsvermədə 18 yaşına çatmış Türkmənistan vətəndaşları iştirak edə bilərlər. Səsvermədə iştirak etmək istəyən vətəndaşlar pasport və ya Türkmənistan vətəndaşının pasportunu əvəz edən sənəd təqdim etməlidirlər.
Konsulluq uçotunda dayanan Türkmənistan vətəndaşları avtomatik olaraq seçici siyahısına əlavə olunurlar. Əlavə məlumat üçün seçki məntəqəsinin komissiyasına (+994 12) 596 35 27 nömrəsi vasitəsilə zəng etmək, [email protected] elektron poçtuna müraciət etmək olar.