CƏMİYYƏT


Türkmənistanın Bakıdakı səfirliyi idman veloyürüşü təşkil edib

Bakı, 13 aprel, AZƏRTAC

Hər il aprelin 5-dən mayın 5-dək Türkmənistanda “Sağlamlıq və xoşbəxtlik” şüarı altında bədən tərbiyəsi-idman və mədəni-sağlamlıq aksiyaları keçirilir. Aprelin 7-də qeyd edilən Dünya Sağlamlıq Gününə həsr edilmiş bu aksiyalar çərçivəsində Türkmənistanın Azərbaycandakı səfirliyi aprelin 13-də Bakıda kütləvi veloyürüş təşkil edib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, veloyürüşün marşrutu Bakı Dənizkənarı Bulvarının ərazisində ən mənzərəli guşələrin birində xüsusi ayrılmış velosiped yolu boyunca olub. Dövlət Bayrağı Meydanından başlanan veloyürüş Azərbaycan Xalça Muzeyinin binası yanında başa çatıb.

Tədbirdə diplomatik korpusun nümayəndələri, türkmən diasporunun üzvləri, tələbə gənclər, habelə velosiped idmanının həvəskarları olan Bakı sakinləri iştirak ediblər. Veloyürüşün məqsədi davamlı inkişaf hədəflərindən biri olan idmanı inkişaf etdirmək və sağlam həyat tərzini təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.