ELM VƏ TƏHSİL


Tanınmış şirkətin nümayəndəsi Azərbaycan-Fransız Universitetində mühazirə oxuyacaq

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Dragon Oil” (Türkmənistan) LTD şirkətinin nümayəndəsi, professor Kalpeşkumar Ravalın mühazirəsi təşkil ediləcək.

UFAZ-dan AZƏRTAC-a bildirilib ki, mühazirə “Neft və qaz sənayesində təhlükəsizliyin əhəmiyyəti” mövzusuna həsr olunacaq.

Mühazirə 2019/2020-ci tədris ili üzrə tədbirlər planına uyğun keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.