ELM VƏ TƏHSİL


“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək

Bakı, 20 iyul, AZƏRTAC 

Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamına görə çox sevindim. Çünki sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirmiş Məmmədağa Şirəliyev həm də “Türkologiya” jurnalının ilk baş redaktoru olub. Odur ki, bizim görkəmli akademiklə bağlı geniş tədbirlər planımız var.

Bunu AZƏRTAC-a açıqlamasında “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahımov deyib.

O bildirib ki, “Türkologiya” jurnalının ilk dəfə nəşr olunacaq əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək. Bu əlavədə jurnalın 2016-cı ildən indiyədək bütün nömrələrində xüsusi rubrika kimi verilən “Dünya türkoloji mərkəzləri” haqqında geniş məlumatlar var.

Tədbirlər planında jurnalın növbəti seminarlarından birinin akademik Məmmədağa Şirəliyevə həsr olunması nəzərdə tutulur. Bundan başqa, jurnalın növbəti nömrəsində ”Personalia” rubrikasında akademikin 110 illiyi ilə bağlı yazı dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.