ELM VƏ TƏHSİL


“Türkologiya” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Bakı, 14 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün birinci nömrəsi nəşr olunub.

AZƏRTAC xəbər verir ki, “Türkologiya” jurnalının bu nömrəsində Azərbaycan, ABŞ, Qırğızıstan, Türkiyə, Rusiya, Macarıstan, Litva və Özbəkistan alimlərinin məqalələri yer alıb. Məqalələr Azərbaycan, rus, ingilis və türk dillərindədir.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın bu nömrəsində “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Klassik irs–portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Tarix və etnoqrafiya”, “Müzakirə və diskussiya” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.

“Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.