ELM VƏ TƏHSİL


Türkoloq Osman Fikri Sərtkaya Folklor İnstitutunun qonağı olub

Bakı, 15 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda türkiyəli tədqiqatçı, məşhur türkoloq Osman Fikri Sərtkaya ilə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elmi müəssisənin direktoru, akademik Muxtar İmanov məşhur türkoloqu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Görüşdə Osman Fikri Sərtkaya “Kitabi-Dədə Qorqud” dastanları, onun qəhrəmanları Dirsə xan, Bamsı Beyrək, Qan Turalı, Banu Çiçək, Qazan xan, onlarla bağlı aparılan tədqiqatlar haqqında məlumat verib. Türkoloq alim bu dastanın elm aləminə yeni məlum olan on üçüncü – “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” boyu, eləcə də onun orijinaldan oxunuşunda və nəşrindəki yanlışlıqlar haqqında xüsusi olaraq danışıb.

Folklor İnstitutunun əməkdaşlarının suallarını cavablandıran O.F.Sərtkaya dastanla bağlı yeni faktlar açıqlayıb. Yerli və xarici elmi dərgilərdə 435-dən çox məqaləsi yayımlanan məşhur türkoloq müəllifi olduğu kitab və dərc edilmiş məqalələrini instituta bağışlayıb. Eyni zamanda, Folklor İnstitutunun nəşrləri qonağa hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.