MƏDƏNİYYƏT


“Türkün dili, türkün səsi” layihəsi Azərbaycan və Türkiyə sənətçilərini bir araya gətirib

İstanbul, 9 oktyabr, AZƏRTAC

Türk Musiqisi Federasiyasının (TÜMFED) həyata keçirdiyi “Türkün dili, türkün səsi” layihəsi çərçivəsində Azərbaycan şairlərinin şeirlərinə türk bəstəkarları tərəfindən musiqi bəstələnib.

AZƏRTAC xəbər verir ki, “Bir millət, iki dövlət” şüarı altında həyata keçirilən layihədə eyni zamanda, Azərbaycan mahnıları türk dilinə çevrilib.

Layihə ilə bağlı məlumat verən TÜMFED-in rəhbəri Kadri Şarman 2015-ci ildən etibarən fəaliyyət göstərən federasiyada ölkə daxilindəki türk musiqi birliklərini bir araya gətirdiklərini bildirib. Qeyd edilib ki, iki qardaş ölkə arasındakı sıx bağlardan irəli gələn layihənin başladığı gündən indiyədək Azərbaycandan 800-dən çox şeir federasiyaya təqdim edilib. Onlardan 30-na türk bəstəkarları musiqi bəstələyib. Hazırlanan bu mahnıların Türkiyə və Azərbaycan musiqiçilərinə təqdim edilməsi planlaşdırılır.

Federasiyanın bununla bağlı Bakıda konsert proqramı təşkil etməsi nəzərdə tutulur.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.