REGİONLAR


Türyançayda tənzimləmə işləri görülür, sağ və sol sahilə bəndlər vurulur VİDEO

Bakı, 3 avqust, AZƏRTAC

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqları və Təmir-Quraşdırma və Sazlama İdarəsi Ağdaş rayonu ərazisindən keçən Türyançay çayında tənzimləmə tədbirlərini davam etdirir.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, bu məqsədlə idarənin 5 ədəd texnikası çay məcrasına cəlb olunub. Çayın məcrasının genişlənərək ətraf ərazilərə zərər vurmaması üçün çayın mərkəzində olan təqribən 60-70 metr enində adaları ekskavatorlar bir-birinə ötürür, buldozer isə dambalara qaldırır. Daha sonra çayın məcrasında hamarlanma işləri aparılır. Çayın sağ və sol sahilinə vurulan bu bəndlər yarana biləcək sel təhlükəsinin də qarşısını almış olur.

Qeyd edək ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqları və Təmir-Quraşdırma və Sazlama İdarəsinin Türyançay çayında gördüyü işlərin məqsədi ətrafda olan kənd əhalisinin torpaqlarının mühafizəsini təmin etməkdən ibarətdir. Əgər bu işlər görülməzsə çay məcrasından gələn sel suları həmin torpaqları erroziyaya uğradaraq aşınmaya səbəb ola bilər. Erroziyaya uğrayan torpaqlar isə yeyilərək əkin sahələrinə ziyan vura bilər. Hazırda idarənin tədbirlər planına uyğun olaraq təxirəsalınmaz işlər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.