İQTİSADİYYAT
“Tüstüsüz, qoxusuz filtrləri”n təqdimatı keçirilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Bakıda “ÖZKAYA GROUP”un yeni brendi - “Tüstüsüz, qoxusuz filtrləri”n təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “ÖZKAYA GROUP” şirkətinin idarə heyətinin sədri Osman Gezeker mərasimdə çıxış edərək qurumun mütəxəssis və mühəndislərinin texnologiyanın bütün imkanlarından istifadə edərək, yenilikləri və müştərilərin istəklərini ümumiləşdirərək istehsalı daim inkişaf etdirdiklərini deyib. Azərbaycanda yetərincə tanınan şirkətin gələcəkdə də müştərilərini məmnun görmək arzusunda olduğunu bildirən O.Gezeker vurğulayıb: “Ətraf mühitin çirklənməsinin qarşısını almaq, ekoloji təmiz dünya yaratmaq hər birimizin arzusudur. “ÖZKAYA GROUP” bacasız, qoxusuz, tüstüsüz havalandırma sistemlərini istifadəyə verməklə böyük bir yeniliyə imza atıb. Qoxu və tüstü, yanmış yağların yaratdığı problemlər bu cihazlar vasitəsilə tamamilə yox edilir”.
Qeyd edilib ki, cihaz kafe, restoran, şadlıq evləri, əyləncə mərkəzləri və digər ictimai-iaşə obyektləri üçün çox faydalıdır.