CƏMİYYƏT


Tut tingləri yarmarkası davam edir

Bakı, 3 dekabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə tut tinglərinin paylanılması yarmarkası davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarmarka dekabrın 4-ü, saat 13:00-da Qala qəsəbəsi, Mərdəkan prospekti, 89 ünvanında yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında davam edəcək.

Qeyd edək ki, dekabrın 3-də Xırdalan şəhərində vətəndaşlara Abşeron yarımadasının iqliminə xarakterik tut tinglərinin paylanması yarmarkası keçirilib. Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin qarşısında təşkil olunan aksiya zamanı vətəndaşlara ETSN-in tinglik sahələrində yetişdirilən 1000-ə yaxın tut tingləri hədiyyə edilib, mütəxəssislər tərəfindən tinglərin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.