DÜNYA


Tutanxamonun itirilmiş artefaktları tapılıb

Bakı, 7 mart, AZƏRTAC

Misirdə Luksor muzeyinin anbarında firon Tutanxamonun qayığının miniatür modelinin təxminən yarım əsrdir itirilmiş sayılan çatışmayan detalları aşkarlanıb. Tapıntılar 1973-cü ildən itirilmiş hesab edilirdi.

AZƏRTAC Live Science informasiya saytına istinadla xəbər verir ki, söhbət 1922-ci ildə Luksor şəhəri yaxınlığındakı Çarlar vadisində Tutanxamonun sərdabasını aşkarlayan britaniyalı arxeoloq Qovard Karterin tapdığı artefaktlardan söhbət gedir.

Muzey anbarındakı yeşiklərin birində taxta dor ağacı və qayığın miniatür modelinin digər elementləri tapılıb. Vəfat edənlərin o biri dünyada üzə bilmələri və balıqçılıqla məşğul olmaları üçün həmin əşyalar sərdabalara qoyulurdu.

Firon Tutanxamon (e.ə. 1341-1323-cü illər) Qədim Misirin Yeni Çarlıq dövrünün ən görkəmli hökmdarlarından biri hesab olunur. O, 20 yaşında müəmmalı ölümü və XX əsrin ortalarına aid bulvar mətbuatının məlumatına görə, açılmasında iştirak edən bir neçə arxeoloqun məhvinə səbəb olan “lənətlənmiş” sərdabası ilə alimlərin diqqətini cəlb edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.