DÜNYA


Tutanxamonun məqbərəsi tam bərpa edilib

Qahirə, 23 yanvar, AZƏRTAC

Los-Anceles İncəsənət Əsərlərinin Qorunub Saxlanılması İnstitutunun və Misir Qədim Abidələr Nazirliyinin mütəxəssisləri məşhur Tutanxamon məqbərəsinin bərpası işlərini başa çatdırıblar.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, on il əvvəl başlayan yenidənqurma işləri 2016-cı ildə həlledici mərhələyə qədəm qoyub. Layihədə təqribən 3 min il yaşı olan binanın özünün və içərisindəki divar naxışlarının bərpası işləri nəzərdə tutulub.

Xatırladaq ki, Tutanxamon Qədim Misirin Yeni Padşahlıq dövrünün ən məşhur fironlarından biri olub. Eramızdan əvvəl təqribən 1332-ci ildə 9 yaşında hakimiyyətə gələn Tutanxamon eramızdan əvvəl 1323-cü ildə qəflətən dünyasını dəyişib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.