REGİONLAR
Tütün bədxassəli şişlərin yaranmasına gətirib çıxarır
Astara, 1 iyun, Bağır Əliyev, AZƏRTAC
Nikotin zəhərli təsiri ilə yanaşı, həm də insanlarda güclü asılılıq yaradır. Gənclər nikotindən asılılığa daha həssasdırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Astara şəhərindəki Gənclər evində 31 May-Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş tədbirdə səcləndirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin nümayəndəsi Elşad Axundov, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev tütünün zərərli tərkibi, tənəffüs, həzm, ürək-damar və sinir sisteminə, reproduktiv sağlamlığa təsiri, siqaretçəkmənin fəsadları barədə danışıblar.
Qeyd olunub ki, tütünün tərkibində nikotindən başqa insan orqanizmi üçün başqa təhlükəli sayılan 7000-nə qədər toksiki-kimyəvi maddə var. Bunlardan 19-u güclü kanserogen təsirə malik olub bədxassəli şişlərin yaranmasına səbəb olur.
Diqqətə çatdırılıb ki, dünyada hər gün 4000 gənc ilk dəfə siqaret çəkir. Bu ildə 1,5 milyon gənc deməkdir.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]