CƏMİYYƏT
Tütün məmulatının qanunsuz yolla Bakıya gətirilməsinin qarşısı alınıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 16 min ədəd “Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.