ELM VƏ TƏHSİL


Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə görüş olub

Bakı, 23 may, AZƏRTAC

“Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin müvafiq ölkələr üzrə rəhbərləri, o cümlədən Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin departament rəhbərinin müavini Bruno Kurval, Litvanın Araşdırma və Ali Təhsilin Monitorinq və Analiz Mərkəzinin direktoru Qedrüs Vilünas, layihənin müşaviri xanım Liza Baydanova və Latviyanın Akademik Məlumat Mərkəzinin direktoru xanım Baiba Ramina Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rektoru, professor Cəfər Cəfərov bu ali təhsil ocağında həyata keçirilən islahatlar, yeniliklər, layihələr və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Söhbət zamanı layihənin ali təhsil müəssisələrinin inkişafında rolu, Avropa təhsil sisteminə inteqrasiya istiqamətində atılan addımlar, eləcə də qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.