ELM VƏ TƏHSİL


Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub

Bakı, 13 iyul, AZƏRTAC

Təhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin idarəetmə komitəsinin ilk iclasında iştirak etmək üçün ölkəmizə gəlmiş Fransa, Litva və Latviyadan olan nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hər üç ölkədən olan layihə rəhbərləri ilə yanaşı, həmin ölkələrin ali təhsil üzrə qısamüddətli ekspertlərinin də qatıldıqları görüşdə cari ilin aprel ayından icra olunan Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə edilib, layihənin həyata keçiriləcəyi iki il ərzində reallaşdırılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.