DÜNYA
“Tviter”in Avropa, Yaxın Şərq və Afrika regionunda reklam gəlirləri 15 faiz azalıb
Bakı, 30 noyabr, AZƏRTAC
Eyniadlı sosial şəbəkənin sahibi olan “Tviter” kompaniyasının EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika ölkələri) reklam gəlirləri ötən illə müqayisədə 15 faiz azalıb.
AZƏRTAC kompüter texnologiyaları üzrə ixtisaslaşmış “Platformer” portalına istinadla xəbər verir ki, EMEA regionunda “Tviter” platformasına reklam sifarişlərində 49 faizlik azalma qeydə alınıb. Analitiklərinin hesablamalarına əsasən, kompaniya Avropa, Yaxın Şərq və Afrika ölkələrində reklamdan 15,7 milyon dollar itirə bilər.
Noyabrın əvvəlində marketinq məlumatlarını təhlil edən “The Washington Post” qəzeti “Tviter” sosial şəbəkəsi ilə əməkdaşlıq edən 100 ən böyük şirkətin reklamçılarının üçdə birinin platformada reklamı dayandırdığını yazıb. Nəşrin məlumatına görə, sahibkar İlon Mask tərəfindən satın alınan “Tviter” hələ də reklamdan xeyli dərəcədə asılıdır. Ötən il kompaniyanın 5 milyard dollarlıq gəlirinin təxminən 90 faizi reklamın payına düşüb, qalan hissəsi isə lisenziya və digər xidmətlər vasitəsilə əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]